Bir axşam, müəyyən biliklər və bir az şans – bu, bəzən yaxşı bir məbləğ udmaq və həyatını daha yaxşı məcraya yönəltmək üçün lazım olan ünsürlərdir. Bu gün sizlərə ötən həftə 1 manata 7 min manat udan “Topaz”ın ən bəxtəvər oyunçularından biri ilə müsahibəni təqdim edirik.
Sual: Zəhmət olmasa, özünüzü təqdim edin.
Cavab: Ələkbərov Fərid Əli oğlu. 25 yaşım var, Şəmkirdə yaşayıram.
Sual: Özünüz haqqında məlumat verərdiniz.
Cavab: Mən marketdə satıcı işləyirəm, həm də atama fermada kömək edirəm.
Sual: Sizin üçün oynamaq və müxtəlif idman yarışlarına mərc etmək nə deməkdir?
Cavab: Əlbəttə, əyləncə və öz futbol biliklərimi məhsuldar tətbiq etmək üçün imkandır.
Sual: Futbola baxmağı sevirsinizmi? Hansı komandaya azarkeşlik edirsiniz?
Cavab: Çox sevirəm. Çalışıram TV-də futbol yayımlarını buraxmayım. Əlbəttə, Azərbaycan milli komandasına azarkeşlik edirəm və hətta sentyabrın əvvəlində dostlarımla millimizin Qazaxıstanla oyununda iştirak etmək şansımız da olmuşdu. Bir də, 15 yaşımdan Türkiyənin "Qalatasaray" komandasına azarkeşlik edirəm.
Sual: Nə qədər vaxtdır totalizatorlarda mərc edirsiniz?
Cavab: “Topaz”da yarım ilə yaxındır mərc edirəm, ayda bir və ya iki dəfə.
Sual: Tez-tezmi qazanırsınız?
Cavab: Demək olar ki, həmişə. Amma heç vaxt uduş məbləğim 20-30 manatı keçmirdi. Çünki mən təbiətcə tədbirli adamam və dəqiq təxminlər etməkdən çəkinirdim. Sonuncu dəfə qərara aldım ki, 1 manata 8 oyunun dəqiq hesabına pul qoyum. Amma açığını deyim ki, udmağı gözləmirdim. Qazandığımı öyrənəndə, o dəqiqə inana bilmədim (gülür).
Sual: Hansı oyunlara təxmin etməyə risq etmisiniz?
Cavab: Bu dəfə risq edərək, Fransa 1-ci liqasının 7 oyununun tutması üçün kombinasiya qurmuşdum və yanılmadım. Əlbəttə, çox çətin idi, amma sığortalanmaq üçün 1 manatlıq 6 kupon doldurdum və onlardan biri tutdu.
Sual: Asudə vaxtınızı necə keçirirsiniz?
Cavab: Ailəmlə, nişanlımla. Tez-tez dostlarımla böyük televizorda futbol oyunları yayımlanan çayxanada görüşürük və sevimli komandalarımıza azarkeşlik edirik. İdmanla məşğul olmağı sevirəm və özüm də dostlarımla futbol oynayıram.
Sual: Dostlarınız çoxdur? Onlar da totalizatorda oynayıb, qazanırlar?
Cavab: Yetərincə çoxdur. Əlbəttə, bəziləri oynayır, bəziləri isə çox şübhəli yanaşırlar. Düşünürəm ki, mənim qazancımdan sonra onlar öz fikirlərini dəyişəcəklər. Bu, axı lotereyadan da yaxşıdır – uduş təkcə şansdan deyil, həm də öz futbol biliklərindən asılıdır.
Sual: Qazandığınız pullarla nə edəcəksiniz?
Cavab: Mən artıq 3 ildir ki, nişanlıyam. İndi möhtəşəm toy etmək və öz tərəvəz dükanımı açmaq istəyirəm. Əgər bir də belə böyük məbləğ uda bilsəm, maşın alacağam.
Sual: ”Topaz” oynamağa davam edəcəksinizmi?
Cavab: Əlbəttə.
Sual: Sizcə “Topaz”ın üstünlüyü nədədir?
Cavab: İstənilən məbləğdə uduşun ödənilməsinə əminlik. Bilirsiniz, bir dəfə mənim dostumla xoşagəlməz bir hal baş vermişdi – o, “qara bazar”da, təxminən, 500 manat udmuşdu, amma öz uduşunu ala bilməmişdi, onu aldatmışdılar. “Topaz”la belə hallar baş vermir. Bundan başqa, uduzanda mənə çox təsir etmir – bilirəm ki, mənim pullarım istənilən halda ölkədə idmanın inkişafına, peşəkar idmançıların inkişafı üçün şəraitin yaxşılaşdırılmasına yönələcək.
Sual: Siz “Topaz”ı öz yaxınlarınıza əlavə gəlir və əyləncə vasitəsi kimi tövsiyə edərdinizmi?
Cavab: Mütləq, düşünürəm ki, belə uduşdan sonra heç kimdə şübhə qalmayacaq ki, futbolla bağlı müəyyən biliklər olmaqla, təkcə qazanmaq deyil, həm də müvəffəqiyyət qazanmaq olar.
Sual: Bizim oxuculara nə arzu edərdiniz?
Cavab: Can sağlığı və firavanlıq ki, bizim insanlar təkcə idmanla maraqlanmasınlar, həm də məşğul olsunlar. Necə deyərlər, sağlam bədəndə - sağlam ruh!
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək