Vaqif Sadıqov: "Neftçi"dəki əhval-ruhiyyə komandanın nəticə qazanmasına imkan vermir"

Vaqif Sadıqov: "Neftçi"dəki əhval-ruhiyyə komandanın nəticə qazanmasına imkan vermir"
XƏBƏR 6 Mart 2009 / 22:00 2479
-  A +

"Hazırda "Neftçi"nin düşərgəsində ab-hava heç də qaydasında deyil. Fikrimcə, məhz əhval-ruhiyyənin pis olması komandanın nəticə qazanmasına imkan vermir". Qol.Az-ın məlumatına görə, bu sözləri "İdman-Azərbaycan" kanalının "Premyer-liqa" verilişinin qonağı olan Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis bazar günü keçiriləcək "Simurq" - "Neftçi" oyununun böyük əhəmiyyət daşıdığını düşünür: "Fikrimcə, "Simurq"la oyunda qazanılacaq yaxşı nəticə "Neftçi"dəki əhval-ruhiyyənin düzəlməsinə, ümumiyyətlə problemlərin aradan qalxmasına kömək edəcək. Komandanın baş məşqçisi Gede isə hələ axtarışdadır. O hələ də komandanın heyətini tam formalaşdıra bilməyib. Buna görə də məşqçinin axtarışları davam edir. O ki qaldı, "Simurq"a, Zaqatala təmsilçisi çox güclü komandadır. "Simurq" nizam-intizamlı, eyni zamanda təcrübəli futbolçulardan qurulmuş bir kollektivdir. Komanda əbəs yerə üçüncü pillədə qərarlaşmayıb. Bir sözlə, bazar günü bizi çox maraqlı və gərgin mübarizə gözləyir". 

Daha çox


Son xəbərlər