Nazim Süleymanov: “Çexiyada oynayan futbolçularımız milliyə dəvət ala bilərlər”

Nazim Süleymanov: “Çexiyada oynayan futbolçularımız milliyə dəvət ala bilərlər”
XƏBƏR 5 Mart 2009 / 20:30 2483
-  A +

“Məmməd və Rafael Məmmədlilər barədə həqiqətən də məlumatım var. Bilirəm ki, onların hər ikisi prespektivli uşaqlardır”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandamızın keçmiş seleksiyaçı-məşqçisi Nazim Süleymanov deyib. Süleymanov bildirib ki, hazırda Çexiyada yaşayan və ordakı “Dukla” klubunun aşağı yaş qrupunda oynayan həmyerlilərimiz gələcəkdə milli komandamıza da cəlb oluna bilərlər: “O uşaqlar barədə xəbər tutduqdan sonra bu haqda AFFA-ya məlumat verdim. Səhv etmirəmsə, “Dukla”da oynayırlar. Düzdür, onların oyunlarını görməmişəm. Amma eşitmişəm ki, hər ikisi prespektivli uşaqlardır. Onların gələcəkdə milli komandamıza cəlb olunması da mümkündür”.      

Daha çox


Son xəbərlər