Azərbaycan milli komandası “Ayntraxt” klubuna məğlub oldu

XƏBƏR 4 Mart 2009 / 11:41 2553
-  A +

Azərbaycanın futbol üzrə milli komandası növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, dünya çempionatının Rusiya ilə martın 28-də keçiriləcək seçmə oyununa Almaniyada hazırlaşan millimiz yerli “Ayntraxt” klubu ilə qarşılaşıb.

Frankfurt şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan bu matç Bundesliqa təmsilçisinin minimal hesablı qələbəsi ilə nəticələnib – 1:0. Görüş şəhərin əsas stadionu olan “Kommersbank Arena”dan o qədər də uzaq olmayan süni örtüklü meydançaların birində keçirilib.

 

Daha çox


Son xəbərlər