Bu gün PFL çempionu təltif edəcək

XƏBƏR 3 Dekabr 2010 / 11:07 1383
-  A +

Bu gün 2009-2010-cu il mövsümü üçün Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılması mərasimi dekabrın 3-də keçiriləcək. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, saat 18.00-da başlanacaq tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.

Xatırladaq ki, ötən mövsüm nəticələrinə əsasən əvəzedici heyətlərin çempionatında "Qarabağ" birinci, "İnter" ikinci, "Qəbələ" klubu isə üçüncü pilləni tutmuşdu.

Daha çox


Son xəbərlər