Elxan Məmmədov: “Berti Foqts gəlməlidir və işləməlidir”

Elxan Məmmədov: “Berti Foqts gəlməlidir və işləməlidir”
XƏBƏR 3 Dekabr 2010 / 11:02 1673
-  A +

“Yığmamızın baş məşqçisi Berti Foqtsun vətəni Almaniyadan Azərbaycana hər qayıdışını hadisəyə çevirən, “Foqts gəlir!” deyə təntənə halına salan mətbuatımızdır. Halbuki, bu, Berti Foqtsun işidir. Gəlməlidir və işləməlidir. Bu işi də görür”. Bu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, sonuncu dəfə Çernoqoriya ilə noyabrın 17-də keçirilmiş yoldaşlıq görüşündən sonra Almaniyaya yollanan Foqts 7-8 dekabrda Bakıya qayıdacaq. O, dekabrın sonunadək keçiriləcək oyunları izləyəcək. Daha sonra yenidən Almaniyaya qayıdacaq.

Məmmədov bildirib ki, Foqts dekabrın 30-a təsadüf edəcək 64 yaşını və Yeni İli öz vətənində qeyd edəcək: “Avropada Yeni İldən əlavə, 24-25 dekabrda Milad bayramı keçirilir. Ona görə də çox güman ki, Foqts həmin vaxtadək Almaniyaya yollanacaq və ad gününü özünə doğma insanların əhatəsində keçirəcək” (lent.az).

Daha çox


Son xəbərlər