Hakan Şükür “Qalatasaray”a qayıdır

Hakan Şükür “Qalatasaray”a qayıdır
DÜNYA FUTBOLU 19 Oktyabr 2010 / 13:02 2431
-  A +

Dünən Türkiyənin “Qalatasaray” klubunun rəhbərlyi komandanın düşdüyü çətin vəziyyəti dəyərləndirmək üçün iclas keçirib. İclasdan sonra media nümayəndələrinin qarşısına çıxan vitse-prezident Mehmet Helvacı bəzi qərarların qəbul edildiyini, ancaq bununla bağlı daha sonra açıqlama verəcəklərini bildirib. Qol.Az-ın məlumatına görə, Türkiyənin “Sabah” qəzeti iclasda Hakan Şükür haqqında bəhs edildiyini və onun klubun idman direktorluğu vəzifəsinə gətirilməsi barədə qərar verildiyini xəbər verib. Adı çəkilən qəzetdə yer alan xəbərdə bildirilir ki, hazırkı idman direktoru vəzifəsini yerinə yetirən Adnan Sezgin də klub rəhbərliyində qalacaq, ancaq ona daha kiçik vəzifə tapşırılacaq. Qəzet iddia edib ki, artıq “Qalatasaray” rəhbərliyi komandanın yeni baş məşqçisini də müəyyən edib. Xəbərə görə, baş məşqçi vəzifəsinə “Qalatasaray”ın əfsanələrindən olan George Haci, məşqçi Tuqay Kərimoğlu, digər köməkçi məşqçi vəzifələrinə isə Ərgün Pənbə və Hasan Şaş təyin edilib.


Son xəbərlər