Dünyanın ən qədim klubları ən qədim stadionda üz-üzə

Dünyanın ən qədim klubları ən qədim stadionda üz-üzə
XƏBƏR 15 Oktyabr 2010 / 15:14 7342
-  A +

Dünyanın ən qədim “Şeffild” və “Hellam” futbol klubları 150 il sonra ən qədim futbol stadionunda üz-üzə gələcəklər. Lent.az-ın “Corriere dello Sport” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İngiltərənin həvəskarlar liqasında mübarizələrini davam etdirən iki komanda arasındakı tarixi görüş dekabrın 26-da “Sandygate Road” stadionunda keçiriləcək.
24 oktyabr 1857-ci ildə qurulan və FİFA-nın ləyaqət medalına sahib olan “Şeffild” dünyanın ilk futbol klubu sayılır. 4 sentyabr 1860-cı ildə yaradılan və ikinci ən böyük klub kimi tanınan “Hellam” isə 150-ci ildönümünü bu il qeyd edib.
1804-cü ildə kriket idmanı üçün inşa edilən, 266-sı kreslodan ibarət olmaqla 700 nəfərlik tutuma malik “Sandygate Road” stadionu 26 dekabr 1860-cı ildə iki komanda arasında keçirilən oyunla futbola qapılarını açıb. İki əzəli rəqib dünya futbol tarixinin ilk məlum derbisindən düz 150 il sonra yenidən üz-üzə gələcək.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?