Vitali Kovalyov yenə oynamadı, komandası 1 xalla kifayətləndi

Vitali Kovalyov yenə oynamadı, komandası 1 xalla kifayətləndi
XƏBƏR 11 Oktyabr 2010 / 01:01 1733
-  A +

Türkiyənin Bank Asya birinci liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Vitali Kovalyovun forma geydiyi “Kartalspor” səfərdə “Dənizlispor”la qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 45-ci dəqiqədə “Dənizlispor”dan Yula açıb. 73-cü dəqiqədə isə “Kartalspor”dan Erhan Şenturk tarazlığı bərpa edib. Beləcə həmyerlimizin komandası səfərdən 1 xalla dönməyi bacarıb. Baş məşqçi Ergün Penbe Kovalyova yenə şans verməyib.
Qeyd edək ki, 7 turdan sonra keçirdiyi 6 oyuna 7 xal toplayan “Kartalspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər