Aqolli oynadı, Teliylə Beqiri kənardan izlədi

Aqolli oynadı, Teliylə Beqiri kənardan izlədi
XƏBƏR 9 Oktyabr 2010 / 04:31 1978
-  A +

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Albaniya yığmasının heyətində növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Ağdam klubunun üzvü doğma meydanda Bosniya və Hersoqovina yığmasıyla 1:1 hesabıyla başa çatan qarşılaşmanın iştirakçısı olub. Start heyətində yer alan müdafiəçi 90 dəqiqə mübarizə aparıb. “Qarabağ”ın digər müdafiəçisi Admir Teli, həmçinin “Xəzər Lənkəran”ın oyunçusu Elvin Beqiri isə matçı ehtiyat oyunçular skamiyasından izləyib.

Daha çox


Son xəbərlər