“Bakı” “Xəzər Lənkəran”dan xal alıb, “Neftçi”ni zirvədə saxladı

“Bakı” “Xəzər Lənkəran”dan xal alıb, “Neftçi”ni zirvədə saxladı
PREMYER LİQA 2 Oktyabr 2010 / 19:52 9706
-  A +

Unibank Premyer Liqasının 8-ci turuna start verilib. Qol.Az-ın məlumatına görə, bu mövsüm ilk dəfə cümə günü keçiriləcək ölkə çempionatının bu turunun bir gün öncəyə çəkilməsinin səbəbi yığmamızın AÇ-2012-nin seçmə mərhələsində Avstriya və Belçika ilə qarşıdakı oyunlarıdır.
Hesabat turu Zaqatalada start götürüb. Burada cari mövsümün qələbə üzünə həsrət iki komandasından biri olan “Simurq” ötən tur “Qarabağ”ı məğlub etməklə özündən söz etdirən “Qəbələ”ni qəbul edib. İlk dəqiqələrdən hesabda geri düşən meydan sahiblərinin bərabərlik cəhdləri bəhrəsiz qalınca, Toni Adamsın komandası daha bir qol vurmaqla, ardıcıl ikinci qələbəsini qazanıb. Zaqatala klubunun qələbə həsrəti isə davm edir.
Ötən tur sensasiyalı şəkildə Gəncədə məğlub olan son ölkə çempionu “İnter” isə bu dəfə “Muğan”la ev oyununda həmin uğursuzluğu unutdurmağa çalışıb və buna nail olub. Nəhayət, ilk oyun gününün son matçında iki paytaxt təmsilçisi – AZAL və “Neftçi” öz aralarındakı münasibətlərə aydınlıq gətirib. Bu mövsümə çox yaxşı başlayan “ağ-qaralar” yalnız ötən tur səfərdə əzəli rəqibi “Xəzər Lənkəran”a yenilməklə, vahid liderliyi əldən vermişdi. Məhz bu üzdən Arif Əsədovun komandası həmin yenilginin əvəzini “təyyarəçilər”dən çıxmaq istəyirdi. Maraqlıdır ki, "ağ-qaralar" buna Emil Mpenzanın erkən qoluyla nail oldu ki, belçikalı təcrübəli forvard qol hesabını açırdı.

Hesabat turuna bu gün keçirilən 3 oyunla yekun vurulub. “Gəncə” səfərdə MOİK üzərində böyük hesablı qələbə qazanmaqla, uğurlu oyunlar seriyasını davam etdirib. Ötən tur “Qəbələ”yə yenilən “Qarabağ” isə bu dəfə həmin məğlubiyyətin əvəzini “Turan”dan çıxıb. Lakin ötən turun oyunundan sonra baş məşqçi dəyişikliyinə əl atan Tovuz klubuyla qarşılaşma Ağdam təmsilçisi üçün heç də asan keçməyib. Matçda yeganə qolu isə ikinci hissədə Emin İmaməliyev vurub.
Nəhayət turun son oyunu Lənkəranda baş tutub. Son illər kifayət qədər prinsipial xarakter daşımağa başlayan bu komandaların dueli bir sıra məqamlarına görə, yenə böyük maraq kəsb edirdi. Hər şeydən öncə, cənub təmsilçisi ötən tur əzəli rəqibi “Neftçi” üzərində qazandığı çətin qələbə sayəsində əldə etdiyi liderliyi bir günlük fasilədən sonra yenidən geri qaytarmaq istəyirdi. Bundan əlavə, onların “zolaqlılar” da xüsusi haqq hesabı vardı. Ötən mövsüm lənkəranlıları həm çempionluqdan, həm də kubokdan məhrum edən “Bakı”yla oyun meydan sahibləri üçün qisas xarakteri də daşıyırdı. Oyuna yaxşı başlayan və hesabda önə keçməsinə baxmayaraq, Mirça Rednikin komandası qələbə qazana bilməyib. “Bakı” isə hətta aparıcı hücumçusu Jabanın meydandan qovulmasına baxmayaraq, son dəqiqələrdə bərabərlik qolunu vurmaqla, “Xəzər Lənkəran”ın zirvəyə yolunu kəsib. Nəticədə “Neftçi” bir həftəlik fasilədən sonra, yenidən ilk pillədəki mövqeyini möhkəmləndirib.

Unibank Premyer Liqası
8-ci tur

"Xəzər Lənkəran" - "Bakı" - 1:1

02 oktyabr 2010. Saat 18:00. Lənkəran şəhər mərkəzi stadionu. 12000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Vaqif Musayev
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Adrian İordaşe, 30; Radomir Todorov, 55; Konstantin Arbanas, 75 // Ernad Skuliç, 33
Qırmızı vərəqə: Joao Silvinyo de Karvalyo, 74
Qollar: Uinston Parks, 23 // Vaqif Cavadov, 85
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Xəzər Lənkəran”: Kamran Ağayev (k), Elnur Allahverdiyev (Ruslan Poladov, 81), Elvin Beqiri, Adrian İordaşe, Konstantin Arbanas, Rahid Əmirquliyev, Emeka Opara, Radomir Todorov, Katalin Doman (Alim Qurbanov, 70), Uinston Parks (Allan Lalin, 61), Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik
“Bakı”: Marko Şarliya, Stefan Barbikoni, Dare Nibombe, Mahmud Qurbanov (Əziz Quliyev, 46), Ernad Skuliç, Vaqif Cavadov, Adnan Barakat (Anqulo Cefersson, 82), Cəmşid Məhərrəmov (k), Fabio Luis Ramim, İbrahim Karqbo (Vyaçeslav Sofroni, 63), Jaba.
Baş məşqçi: Vinfrid Şefer.

"Turan" - "Qarabağ" - 0:1

02 oktyabr 2010. Saat 16:00. Tovuz şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Samir Hacıyev
Dördüncü hakim: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqə: Georgi Çedia, 60
Qol: Emin İmaməliyev, 55
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov, Vurğun Hüseynov (k), Ruslan Namazov, Peter Kolavole (Georgi Modebadze, 39), Şalva Pirtsxalava, Hafiz Əliyev (Yuri Kzensovs, 54), Rəşad Orucov (Azər Məmmədov, 70), Məhərrəm Müslümzadə, Georgi Çediya, Romuald Onana.
Məşqçi: Nizami Ocaqverdiyev.
“Qarabağ”: Sahil Kərimov, Zaur Həşimov, Maksim Medvedev, Rəşad Sadiqov, Emin İmaməliyev (k) (Vüqar Nadirov, 76), Rauf Əliyev (Rəşad Kərimov, 90+2), Samir Abasov, Admir Teli, Ansi Aqolli, Andrey Rubins (Namiq Yusifov, 70), Georgi Adamiya.
Baş məşqçi: Qurban Qurbanov

MOİK - "Gəncə" - 0:5

02 oktyabr 2010. Saat 16:00. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu. 80 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev
Dördüncü hakim: Zahid Həşimov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Ramil Əliyev, 26; Emil Paşayev, 81 // Rafael Əmirbəyov, 45+2; 83
Qırmızı vərəqə: Rafael Əmirbəyov, 83
Qollar: Junivan Suares, 11; 42; Samir Zərgərov, 73; Ceyhun Sultanov, 82 (p.); Armand Feutçine, 90+1
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 2 dəq.
MOİK: Amiran Qventsadze, Namiq Həsənov (Nəriman Əzimov, 63), Vüqar Əsgərov (Emin Mustafayev, 46), Emil Paşayev, Anar Qasımov, Zaur Məmmədov (Nicat Tağıyev, 74), Cavid Rəhimov, Elçin Həşimov, Nuran Qurbanov, Samir Babayev (k), Ramil Əliyev.
Baş məşqçi: Ramil Əliyev.
“Gəncə”: Еdis Kurtanoviç, Xəyal Mustafayev, Şahin Kərimov, Azər Məmmədov (k), Mətləb Məmmədov, Samir Zərgərov, Ramal Hüseynov (Rafael Əmirbəyov, 25), Ceyhun Sultanov, Sabir Allahquliyev (Georgi Seturidze, 60), Zura Dzamsaşvili, Junivan Suares (Armand Feutchine, 82).
Baş məşqçi: Fuad İsmayılov.

"Simurq" - "Qəbələ" - 0:2

01 oktyabr 2010. Saat 16:00. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 700 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
Baş hakimin köməkçiləri: Coşqun Həsənov, Azad Ə. Hüseynov
Dördüncü hakim: Hacıəli Ağayev
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Deon Barton, 39; Bruno da Silva, 42
Qollar: Saşa Yunisoğlu, 14; Terri Kuk, 85
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Simurq”: Adnan Hodziç, Elnur Abbasov (k) (Azər Səfərli, 80), Rüstəm Məmmədov, Elvin Yunusov, Mikayıl Rəhimov, Paulius Paknis, Tofiq Mikayılov, Əli Bağırov, Qərib İbrahimov, Elçin Xəlilov (Ramil Sayadov, 65), Vasif Əliyev (Samir Əliyev, 60).
Baş məşqçi: Cokiça Haciyevski.
“Qəbələ”: Pavel Dorosevs, Nodar Məmmədov, Lyuba Baranin, Bruno Da Silva, Deon Barton (Terri Kuk, 59), Razvan Tarlea (Ramin Quliyev, 49), Qoqa Beraya (k) (Abdul Kader Kamara, 36), Branimir Subaşiç, Kristian Torres, Saşa Yunisoğlu, Stiv Olfers.
Baş məşqçi: Toni Adams.

"İnter" - "Muğan" - 1:0

01 sentyabr 2010. Saat 18:00. “Şəfa” stadionu. 500 tamaşaçı
Baş hakim: Elnur Muradov
Baş hakimin köməkçiləri: Roman Vasilyev, Elşən Acalov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Nizami Şərifov
Sarı vərəqələr: Danildo Assioli, 2; Oleksandr Çertoqanov, 47; Dmitri Kramarenko, 90+2 // Saşka Pandev, 55; Novruz Məmmədov, 80
Qol: Girts Karlsons, 81 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“İnter”: Dmitri Kramarenko, Danildo Assioli, Dmitri Kruqlov, Aleksandr Çertoqanov, Bronislav Çervenka (k) (Mario Santana, 46), Petar Zlatinov (Filipe Maçado, 82), İlia Kandelaki, David Odikadze (Daniel Genov, 76), Girts Karlsons, Arif Daşdəmirov, Valeri Abramidze.
Məşqçi: Georgi Çixradze
“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç, Elnur Abdullayev (k) (Taqim Novruzov, 69), Tural Axundov, Saşko Pandev, Fərrux İsmayılov, Davit Svanadze (Nikolay Petrov Valev, 83), İliya Prodanoviç (Novruz Məmmədov, 66), Ekrem Hodziç, Anxel Qutyerres, Reys Klaudiney.
Baş məşqçi: Almir Hurtiç.

"Neftçi" - AZAL - 1:0

01 oktyabr 2010. Saat 18:00. T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Əfqan Həmzəyev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Eldar Nağıbəyov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Ruslan Abışov, 90 // Aqil Nəbiyev, 55; Robert Petrov, 90+3
Qollar: Emil Mpenza, 3
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Neftçi”: Paulius Qribauskas, Rail Məlikov (k), Denis Silva, İqor Mitreski, Slavko Georgiyevski, Flavio Aleks Valensio (Fərid Quliyev, 89), Emil Mpenza (Cavid İmamverdiyev, 73), Bahadır Nəsimov, Alessandro Viana da Silva, Mirhüseyn Seyidov (Ruslan Abışov, 61), Rəşad Abdullayev.
Baş məşqçi: Arif Əsədov.
AZAL: Elşən Poladov, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev (k), Eleandro Pema, Viktor İbokoyi (Vüsal Qarayev, 77), Zohair Benouahi, Draqan Mandiç, Elvin Əliyev, Mirko Bunyevçeviç (Tərlan Xəlilov, 56), Pius İkedia (Qvidas Yuska, 46).
Baş məşqçi: Nazim Süleymanov.

 

1 "Neftçi" 8 6 1 1 15-2 19
2 "Xəzər Lənkəran" 8 5 3 0 9-1 18
3 "İnter" 8 5 1 2 7-3 16
4 AZAL 8 4 2 2 9-6 14
5 "Qarabağ" 7 3 2 2 7-4 11
6 "Gəncə" 8 2 5 1 11-8 11
7 "Qəbələ" 8 3 1 4 6-7 10
8 "Muğan" 8 2 3 3 6-7 9
9 "Bakı" 7 2 3 2 10-9 9
10 MOİK 8 1 1 6 3-18 4
11 "Turan" 8 0 3 5 5-13 3
12 "Simurq" 8 0 3 5 5-15 3


Son xəbərlər