“Bakı” “Turan” üzərində 3 xalı 3 qolla qazandı (YENİLƏNİB)

“Bakı” “Turan” üzərində 3 xalı 3 qolla qazandı (YENİLƏNİB)
PREMYER LİQA 27 Sentyabr 2010 / 19:49 4223
-  A +

Bu gün Unibank Premyer Liqasının 7-ci turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, “Bakı” doğma divarlar arasında “Turan”ı qəbul edib.
Qeyd edək ki, əslində bu tur dünən yekunlaşmalıydı. Lakin paytaxtımıza düşən güclü leysan yağışı qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun korlanmaq təhlükəsini yaratdığından, Peşəkar Futbol Liqası matçın bir gün sonra keçirilməsinə qərar verdi. Nəticədə oyunun başlama saatında da dəyişikliyə əl atıldı. Maraq üçün xatırladaq ki, öncədən “Bakı” – “Turan” oyununun saat 20:00-da başlaması nəzərdə tutulmuşdusa, bugünkü duelə 18:00-da start verildi.
Cari mövsümə uğursuz başlayan hər iki komanda üçün qələbə çox vacib əhəmiyyət kəsb edirdi. Çünki həm paytaxt, həm də Tovuz klubu hazırda turnir cədvəlinin aşağı pillələrində qərarlaşmışdı. “Zolaqlılar”ın heç olmasa 1 qələbəsi var idisə, tovuzlular geridə qalan 6 oyunda 3 xala həsrət qalmışdı. Bu günkü qarşılaşmada Sakit Alıyevin komandası ilk qələbəsini rəsmiləşdirməyə çalışsa da, buna nail ola bilmədi. Əksinə almaniyalı mütəxəssis Vinfrid Şeferin komandası növbəti 3 xalını 3 qolla qazanaraq, rəqibə şans yeri qoymadı. Bu matçda Vaqif Cavadovun yeni komandasında qol hesabını açması da diqqət çəkən məqamlardan oldu. Tovuzlular isə matçın sonlarında buraxılan qollardan birinin əvəzini çıxmaqla təsəlli tapdılar.

Unibank Premyer Liqası
7-ci tur
27 sentyabr

"Bakı" - "Turan" - 3:1

27 sentyabr 2010. Saat 18:00. T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Elnur Muradov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Elşən Durmuşov
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Vadim Borets, 59
Qollar: Stefan Barbikoni, 23; Vaqif Cavadov, 30; Ernad Skuliç, 68 // Rəşad Orucov, 77
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Bakı”: Marko Şarliya, Vadim Borets (Adnan Barakat, 62), Stefan Barbikoni, Dare Nibombe, Mahmud Qurbanov (Aleksandar Soliç, 72), Ernad Skuliç, Vaqif Cavadov, Vyaçeslav Sofroni (Fabio Luis Ramim, 64), Cəmşid Məhərrəmov (k), Anqulo Cefersson, Jaba.
Baş məşqçi: Vinfrid Şefer.
“Turan”: Kamal Bayramov, Hüseyn İsgəndərov, Vurğun Hüseynov (k), Ruslan Namazov, Yuri Kzensovs, Kamal Ələkbərov (Rəşad Orucov, 34), Azər Məmmədov, Şalva Pirtsxalava, Hafiz Əliyev, Georgi Çediya (Viktor Qonta, 73), Georgi Modebadze (Fərmayıl Əliyev, 70).
Baş məşqçi: Sakit Alıyev.

1

"Xəzər Lənkəran"

7

5

2

0

8-0

17

2

"Neftçi"

7

5

1

1

14-2

16

3

AZAL

7

4

2

1

9-5

14

4

"İnter"

7

4

1

2

6-3

13

5

"Muğan"

7

2

3

2

6-6

9

6

"Qarabağ"

6

2

2

2

6-4

8

7

"Bakı"

6

2

2

2

9-8

8

8

"Gəncə"

7

1

5

1

6-8

8

9

"Qəbələ"

7

2

1

4

4-7

7

10

MOİK

7

1

1

5

3-13

4

11

"Turan"

7

0

3

4

5-12

3

12

"Simurq"

7

0

3

4

5-13

3


 


Son xəbərlər