Bu gün Unibank Premyer Liqasında 5-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyunda “Neftçi” doğma azarkeşləri qarşısında “Muğan”ı qəbul edib. Əslində bu qarşılaşma öncədən tərtib olunan təqvimə görə, ötən şənbə günü keçirilməli idi. Lakin həmin gün paytaxtımıza düşən güclü leysan yağışları səbəbi ilə bu matç təxirə salındı. Bazar günü “Bakı” – “Gəncə” oyunu da Tofiq Bəhramov adına Respublika staionunda baş tutacağından mərkəzi arenanın, eləcə də PFL-in rəhbərliyi millimizin Türkiyə ilə AÇ-2012-nin seçmə matçı ərəfəsində ciddi problem yaranmaması üçün “Neftçi” - “Muğan” görüşünün 3 gün sonra keçirilməsinə qərar verdilər. Məcburi istirahət üzündən vahid liderliyi əzəli rəqibi “Xəzər Lənkəran”a verən “ağ-qaralar” növbəti qələbəsini qazanmaqla, yenidən ilk pilləni ələ keçirmək istəyində idi. Bahodir Nasimov kimi bütün oyunlarda qol vurmuş hücumçuya malik paytaxt klubu Salyan təmsilçisinin sensasiyaya imza atmasına imkan vermədi. Məhz özbək hücumçusunun penaltidən vurduğu yeganə qolla yenidən zirvəyə qayıdan paytaxt təmsilçisinin ən məhsuldar oyunçusu da bombardirlər yarışında əsas rəqiblərindən uzaqlaşdı.
Unibank Premyer Liqası
5-ci tur
14 sentyabr
"Neftçi" - "Muğan" - 1:0
14 sentyabr 2010. Saat 19:00. T.Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Roman Vasilyev, Eldar Nağıbəyov
Dördüncü hakim: Elnur Muradov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Nizami Şərifov
Sarı vərəqələr: İqor Mitreski, 26; Denis Silva, 33; Elmar Baxşıyev, 48; Bahodir Nasimov, 85// İrfan Feyziç, 12; Elnur Abdullayev, 20; Taqim Novruzov, 22; Ekrem Hodziç, 40
Qollar: Bahodir Nasimov, 13 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Neftçi”: Paulius Qribauskas, Rail Məlikov (k), Denis Silva, İqor Mitreski, Slavko Georgiyevski, Elmar Baxşıyev, Flavio Aleks Valensio (Araz Abdullayev, 37), Emil Mpenza (Fərid Quliyev, 55), Cavid Hüseynov (Amit Quluzadə, 70), Bahodir Nasimov, Alessandro Viana da Silva.
Baş məşqçi: Arif Əsədov
“Muğan”: İrfan Feyziç, Miloş Zeçeviç, Taqim Novruzov (Saşko Pandev, 46), Elnur Abdullayev (k), Tural Axundov, Davit Svanadze, Vüsal Hüseynov (Elşən Məmmədov, 62), İliya Prodanoviç, Ekrem Hodziç, Anxel Qutyerres, Cavad Mirzəyev (Dan Pisla, 80).
Baş məşqçi: Almir Hurtiç.
1 | "Neftçi" | 5 | 4 | 1 | 0 | 10-1 | 13 |
2 | "Xəzər Lənkəran" | 5 | 4 | 1 | 0 | 7-0 | 13 |
3 | "İnter" | 5 | 3 | 1 | 1 | 5-2 | 10 |
4 | AZAL | 5 | 3 | 1 | 1 | 7-5 | 10 |
5 | "Muğan" | 5 | 1 | 2 | 2 | 5-6 | 5 |
6 | "Bakı" | 4 | 1 | 1 | 2 | 5-6 | 4 |
7 | "Qarabağ" | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
8 | "Gəncə" | 4 | 0 | 4 | 0 | 4-4 | 4 |
9 | "Qəbələ" | 5 | 1 | 1 | 3 | 2-5 | 4 |
10 | MOİK | 5 | 1 | 1 | 3 | 3-7 | 4 |
11 | "Turan" | 5 | 0 | 2 | 3 | 3-8 | 2 |
12 | "Simurq" | 5 | 0 | 2 | 3 | 4-11 | 2 |
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu