"Beşiktaş"dan yeni transfer

"Beşiktaş"dan yeni transfer
XƏBƏR 13 Avqust 2020 / 23:00 3604
-  A +

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"un 31 yaşlı müdafiəçisi Vellintonu heyətinə qatıb. Braziliyalı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Bildirilir ki, "qara qartallar" bu transferin müqabilində "Alanyaspor"a müdafiəçisi Fatih Aksoyu verib. F.Aksoy son mövsümü icarə əsasında "Sivasspor"da keçirib.

Daha çox


Son xəbərlər