"Çox təəssüf hissi keçiririk, sanki yarım saat yuxuya getdik: 3 qol buraxdıq və çox ciddi səhvlər etdik. Bundan başqa, "Barselona"ya böyük təzyiq göstərən bir komanda gördüm. Hesab 0:0 olan zaman 2 qol vura bilərdik. Bu cür qollar buraxaraq hesabda geri düşmək məni dəli edir".
Qol.az xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"Həmişə təkrar edirəm ki, güclü, istedadlı oyunçularımız var, amma bu, yetərli deyil. Xarakter baxımından da istənilən səviyyədə olmalıyıq. "Barselona" ikinci hissədə çox çətinlik çəkdi. Statistikaya əsasən, Napoli daha üstün idi. Topa daha çox sahib olduq, müdafiədən asanlıqla keçdik. Komanda şəklində oynadıq, amma ən böyük təəssüf budur ki, sanki yarım saat yuxuya getdik və qələbəni "Barselona"ya verdik" - deyə o bildirib.
İtaliyalı mütəxəssis nəticəyə görə çox məyus olduğunu vurğulayıb: "Çünki rəqibə həqiqətən problemlər yarada bilərdik, ancaq sonra ötürmələrdə problem yaşamağa başladıq".
Qattuzo Kataloniya təmsilçisinin baş məşqçisi Kike Setyen haqda da müsbət fikirlər səsləndirib: "Mən illərdir onun işini izləyirəm. Daha əvvəl Setyenlə ünsiyyət qurmuşuq, bir müddət dost olmuşuq. Düşünürəm ki, onun futbola dair çox maraqlı fikirləri var".
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"