Beyl Zidanın ona şans verməyəcəyinə əmindir - Amma...

Beyl Zidanın ona şans verməyəcəyinə əmindir - Amma...
DÜNYA FUTBOLU 6 Avqust 2020 / 15:03 3349
-  A +

"Real"ın futbolçusu Qaret Beylin Madrid klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Qol.az "The Times" nəşrinə istinadən xəbər verir ki, uelsli hücumçu baş məşqçi Zinəddin Zidanın ona matçlarda şans verməyəcəyinə artıq əmindir. Ancaq buna baxmayaraq, 31 yaşlı oyunçu özünə yeni klub axtarmaq fikrində deyil. Çünki Qaret heç bir klubda ona "Real"da qazanacağı maaşı ödəməyəcəyini düşünür.

Qeyd edək ki, Zidan son olaraq Beyli Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab ounu üçün heyətə daxil etməyib.

Xatırladaq ki, Beyl La Liqada 2019/2020 mövsümündə 16 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər