Həbib karyerasını başa vurur? – Meneceri danışdı

Həbib karyerasını başa vurur? – Meneceri danışdı
XƏBƏR 12 İyul 2020 / 09:37 3277
-  A +

Rusiya mediasında yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedovun atasının ölümünə görə karyerasını bitirə biləcəyi barədə məlumatlar yayılıb.

Qol.az xəbər verir ki, məlumat Həbib Nurmaqomedovun meneceri Əli Əbdül-Əzizə istinadən yayılıb.

Lakin o, tezliklə Tvitterdəki səhifəsində açıqlama yayaraq bu məlumatları təkzib edib.

"Rusiyanın bəzi KİV-ləri guya mənim Həbibin karyerasını bitirdiyini dediyimi yazıblar. Bu, ağ yalandır. Həbib atasının ölümünə kədərlənir. İstəyirəm ki, hamı bu vəziyyətə hörmətlə yanaşsın və yanlış xəbərlər verməsin”, - deyə Əbdül-Əziz qeyd edib.
 
Xatırladaq ki, döyüşçünün atası və məşqçisi olmuş Abdulmanap Nurmaqomedov iyulun 3-də koronavirus infeksiyasından dünyasını dəyişib.


Son xəbərlər