Matiç daha 3 il "Mançester Yunayted"də - Rəsmi

Matiç daha 3 il "Mançester Yunayted"də -  Rəsmi
DÜNYA FUTBOLU 6 İyul 2020 / 15:00 1662
-  A +

"Mançester Yunayted" futbolçusu Nemanya Matiçlə yeni müqavilə imzalayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçinin sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 2017-ci ildən "Mançester Yunayted"da çıxış edən 32 yaşlı futbolçu daha əvvəl İngiltərədə "Çelsi", Portuqaliyada "Benfika" və Niderlandda "Vitess" klublarının şərəfini qoruyub. O, Slovakiya və Serbiyada da çıxış edib.


Son xəbərlər