Mandzukiç Qətər klubundan ayrıldı

Mandzukiç Qətər klubundan ayrıldı
DÜNYA FUTBOLU 6 İyul 2020 / 10:10 2614
-  A +

Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb. O, klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bildirib.

Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada 7 oyuna cəmi 1 qol vurub. 


Son xəbərlər