Uhanda 104 günlük həsrətə son - Şəkillər

Uhanda 104 günlük həsrətə son - <b style="color:red"> Şəkillər</b>
DÜNYA FUTBOLU 20 Aprel 2020 / 12:54 2448
-  A +

Koronavirus pandemiyasının başlanğıc nöqtəsi hesab olunan Çinin Uhan şəhərində həyat normal hala dönür.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, şəhərin Superliqada çıxış edən təmsilçisi “Uhan Zall” da artıq Vuhana qayıdıb.

Şəhərdəki qatar stansiyasında komandanı azarkeşlər qarşılayıblar. Bununla da sözügedən komanda 104 günlük fasilədən sonra öz bazasına qovuşub.

Qeyd edək ki, “Uhan Zall” Çin Superliqasında mövsümün startı təxirə salınan zaman İspaniyaya təlim-məşq toplanışına yollanmışdı. Ancaq mart ayında İspaniyada da koronavirusun geniş yayılmasından sonra komanda Çinin Şenjen şəhərinə getmişdi. İlkin proqnozlara görə, Çin Superliqası iyun ayında start götürəcək.








Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
30.05.20  13:45

Favr göndərilirmi?

30.05.20  11:35

Fati zədələndi

30.05.20  09:49

Kuboku onlar qazandı

29.05.20  17:59

Holand oynamayacaq