Millimiz “Keşlə”yə qalib gəlib, “Neftçi”yə uduzdu

Millimiz “Keşlə”yə qalib gəlib, “Neftçi”yə uduzdu
XƏBƏR 28 Fevral 2020 / 19:14 2538
-  A +

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib.

Qol.az AFFA-nın  saytına istinadən xəbər verir ki, əvvəlcə “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.

Bu gün isə "Neftçi-2" komandası ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Yığmadan Camal Cəfərov fərqlənib.

Daha çox


Son xəbərlər