“Barselona” 20 yaşlı müdafiəçi alır

“Barselona” 20 yaşlı müdafiəçi alır
DÜNYA FUTBOLU 24 Fevral 2020 / 14:48 2639
-  A +

“Barselona” “Valensiya”nın futbolçusu Uqo Qilyamonu heyətinə qatmaq niyyətindədir.

Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçinin klubu ilə müqaviləsi bu ilin yayında bitir. Onun “Barsa”ya mövsümün sonunda azad agent kimi keçəcəyi gözlənilir.

Uqonun “Barselona”da əvəzedici heyətdə çıxış edəcəyi, etimadı doğruldarsa, ona əsas komadada şans veriləcəyi nəzərdə tutulub. Kataloniya klubunun futbolçu ilə uzunmüddətli müqavilə bağlamaq istədiyi də qeyd olunub.

Əlavə edək ki, U.Qilyamon 19 yaşlılardan ibarət İspaniya millisinin heyətində Avropa çempionu olub.

Son xəbərlər