Ronaldo Batistutanın rekordunu təkrarladı

Ronaldo Batistutanın rekordunu təkrarladı
DÜNYA FUTBOLU 22 Fevral 2020 / 22:14 6713
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasının 25-ci turunda hazırda SPAL-la keçirilən oyunda hesabı açıb.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu bununla A Seriyasında ardıcıl 11-ci oyununda qol vurub. O, bu göstəricidə Qabriel Batistuta (“Fiorentina”) və Fabio Kualyareallanın ("Sampdoriya") rekorduna şərik olub. Batistuta 1994-1995, Kualyarella isə 2018-2019 mövsümündə ardıcıl 11 oyunda qol vurub.

Ronaldo bu göstəriciyə “Real”da çıxış edərkən La Liqa və Çempionlar Liqasında da nail olub.

Son xəbərlər