"Bu haqda nəsə deməyin zamanı deyil" - Ovusu Kvabena

"Bu haqda nəsə deməyin zamanı deyil" - <b style="color:red">Ovusu Kvabena </b>
PREMYER LİQA 8 Fevral 2020 / 22:50 4138
-  A +

"Qarabağ"ın yeni transferi  Ovusu Kvabena Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş haqda fikirlərini bölüşüb:

- Asan oyun olmadı. Çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.

- Bu görüş Azərbaycandakı ilk oyununuz idi. Ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla gəlib, gördükləriniz üst-üstə düşdümü?

- Futbol hər yerdə futboldur. Sadəcə sən matça köklənib, öz oyununu nümayiş etdirməlisən.

- İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiniz. Ora ilə bura arasında həm futbol, həm azarkeş baxımından və s. çox müqayisəolunmazdır. Buna görə özünüzü ilk baxışdan narahat hiss etmirdiniz?

- Ola bilər ki, Sequnda B-yə daha çox azarkeş gəlsin. Amma futbol tərəfindən geri qalmır.

- "Qarabağ"a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, "Kordoba"dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsinizmi?

- Məncə, bu haqda nəsə deməyin zamanı deyil.

- "Kordoba"dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa Avrokuboklarda çıxış etmək?

- Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada Avrokuboklarda oynamaq imkanı qazanırsan.

- Özünüzdə Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılma potensialını görürsünüz?

- Mənə elə gəlir ki, öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.

 

Daha çox


Son xəbərlər
27.02.20  12:45

Zubir birinci oldu

27.02.20  11:33

Saat 14:00 və 16:30-da