Deputatlığa namizəd İlkin Xəlilov seçicilərlə növbəti görüşlərini keçirdi - Şəkillər

Deputatlığa namizəd İlkin Xəlilov seçicilərlə növbəti görüşlərini keçirdi - <b style="color:red">Şəkillər</b>
XƏBƏR 30 Yanvar 2020 / 13:28 1350
-  A +

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd İlkin Fikrət oğlu Xəlilov seçicilərlə növbəti görüşlərini keçirib.

Qol.az xəbər verir ki, millət vəkilliyinə namizəd bu dəfə vaxt ardıcıllığı ilə Rəhimli, Padar, Şahnəzərli və Pirəmsən kəndlərində, həmçinin Şabran şəhərinin "stansiya" adlanan hissəsində seçiciləri qarşısına çıxıb.

Sakinlərə seçki platforması haqda məlumat verən İlkin Xəlilov çıxışını "Məqsədim parlamentdə xalqın səsi olmaqdır" fikri ilə yekunlaşdırıb. Seçicilər isə yaşadıqları ərazinin illərdir həll olunmayan su, yol, məktəb, otlaq sahələri kimi problemlərindən şikayətlənib. Şahnəzərli kənd sakininin dediyi cümlə isə xüsusən yaddaqalan olub: "Biz hər seçkidə namizəd görürük, deputat yox".

Prezident İlham Əliyev tərəfindən siyasi islahatların yeni dövrünün başlandığını vurğulayan namizəd dövlətin bu islahatlarla ayaqlaşa bilən parlamentə ehtiyac duyduğunu bildirib: "Yeni parlament isə, dövlət başçısının da vurğuladığı kimi xalqın etimad göstərib, seçdiyi millət vəkillərindən ibarət olacaq".

Səmimi ab-havada keçən görüşlərin yekununda seçicilər yekdil fikirlərini də elan edib: "Biz 9 fevral seçkisində hamılıqla İlkin Xəlilova səs verəcəyik".












Səhifənin yuxarısına keçidYuxarı

 

Daha çox


Son xəbərlər
26.05.20  11:53

Alleqri qayıdır