Mane iki oyunu buraxacaq

Mane iki oyunu buraxacaq
DÜNYA FUTBOLU 28 Yanvar 2020 / 21:30 2331
-  A +

"Liverpul"un zədəli futbolçusu Sadio Manenin son durumu məlum olub.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurqen Klopp bildirib. 27 yaşlı hücumçu növbəti 2 görüşü buraxacaq. Seneqallı oyunçu  25-ci turda "Vest Hem"  və 26-cı turda "Sauthempton"la oyunlarda iştirak edə bilməyəcək. 

Xatırladaq ki, Mane son turda "Vulverhempton"lla görüşdə ayaq əzələsindən zədələnib.


Son xəbərlər