Superliqada 1 aylıq baş məşqçi

Superliqada 1 aylıq baş məşqçi
DÜNYA FUTBOLU 20 Yanvar 2020 / 10:18 2919
-  A +

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Tayfur Havutçu istefa verib.

Qol.az xəbər verir ki, o, Superliqanın 18-ci turunda səfərdə “Trabzonspor”a 0:6 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransında qərarını açıqlayıb.

Qeyd edək ki, “Kasımpaşa”ya ötən ayın əvvəlində baş məşqçi təyin olunan Tayfur Havutçun  rəhbərliyi altında komanda 5 Superliqa matçına çıxıb və cəmi 1 qələbə qazanıb, 4 məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi 18 oyuna 15 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi