Ailəsi "Qarabağ"a gəlməsinə icazə vermədi

Ailəsi "Qarabağ"a gəlməsinə icazə vermədi
XƏBƏR 18 Yanvar 2020 / 20:07 9866
-  A +

"Qarabağ" iki gün əvvəl yeni transfer etməyə yaxın olsa da, bu, son anda reallaşmayıb.

Qol.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində  "Akademiya Klinçeni" ilə yoxlama oyunundan (2:2) sonra bildirib.

47 yaşlı mütəxəssis deyib ki, futbolçunun özü və klubu ilə razılığa gəlsə də, onun ailəsi Azərbaycan çempionatına gəlməsinə icazə verməyib. Q.Qurbanov həmin futbolçunun yarımmüdafiəçi olduğunu söyləsə də, adını və oynadığı klubu açıqlamayıb.

Bizi Feysbukda da izləyin!

Daha çox


Son xəbərlər