"Barış pınarı"na dəstək olan futbolçu "Başakşəhər"in məşqində

"Barış pınarı"na dəstək olan futbolçu "Başakşəhər"in məşqində
XƏBƏR 15 Oktyabr 2019 / 15:59 4049
-  A +

"Barış pınarı" hərəkatına dəstək olduğu üçün Almaniya II Bundesliqasında çıxış edən "Sankt-Pauli"nin heyətindən kənarlaşdırılan türk futbolçu Cenk Şahin "Başakşəhər"də məşq edəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Göksal Gümüşdağ məlumat verib. O, 7 il "Başakşəhər"da oynayan  25 yaşlı yarımmüdafiəçinin formada qalması üçün bu addımı atdıqlarını deyib. Klub rəsmisi bildirib ki, Almaniya klubu oyunçu ilə qışda müqaviləni ləğv edəcəyi təqdirdə, onu yenidən heyətlərinə qatmağa hazırdırlar.

Qeyd edək ki, "Sankt-Pauli" C.Şahinlə müqaviləni ləğv etməsə də, onun komandadan kənarlaşdırıb.

Daha çox


Son xəbərlər