"Qarabağ"ın qapıçısı "Sumqayıt"da - Rəsmi

"Qarabağ"ın qapıçısı "Sumqayıt"da - Rəsmi
PREMYER LİQA 13 Sentyabr 2019 / 20:27 9039
-  A +

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sumqayıt təmsilçisi "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Bu mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində təkcə "Qarabağ"da oynayan Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.


Son xəbərlər