Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib. Yarımmüdafiəçi kapitanı olduğu paytaxt klubunun Avropa Liqasındakı ilk oyunu və Rusiya təmsilçisi “Arsenal”la duelindən danışıb.
- “Neftçi” Tula klubuna düşməzdən “Sperantsa”ya “divan tutdu”. Siz bu qədər güclü idiniz?
- Ümumi hesabın 9:0 olması qanunauyğundur. İlk oyunda əsasən standartlardan qol vururduqsa, evdə rəqibi hər şeydə üstələyirdik. Yaratdığımız imkanların bir hissəsindən istifadə etdik və layiqli şəkildə mərhələ adladıq.
- Rusiya klubuna düşməyinizə sevinirsiniz?
- Əlbəttə, xoşdur. Mən Rusiyada yaşayıram. Valideynlərimin evi Moskva ətrafındadır. Hər imkanda onların yanına gedirəm. Yaxşı ki, məhz Tula “Arsenal”ına düşdük. Mən Premyer Liqada oynayanda belə komanda yox idi. Amma əksər futbolçularla artıq tanışam. Kombarov və Qorbatenko ilə “Spartak”da, Lutsenko ilə Saranskda bir yerdə oynamışıq. Stadionda görüşüb, danışacağıq. “Arsenal”ın “Otkrıtıye"dəki oyununu görmüşəm. Bilirəm ki, ikinci dövrədə çox güclü çıxış etdilər. Amma bizim də yaxşı komandamız var. Çalışacağıq ki, mübarizə aparaq və mərhələ adlayaq.
- “Neftçi” haqda danışardınız ki, bu necə komandadır?
- Azərbaycan tarixinin ən titullu klubudur. Son 6 ildə “Qarabağ” dominantlıq edir. Amma ötən mövsüm biz də çempionluğa yaxın idik. Yeri gəlmişkən, burda “Neftçi” Rusiyada “Spartak” olduğu kimi “xalq komandası” sayılır. Belə alınır ki, mən xalq komandalarını gəzirəm.
- Amma daha çox “Zenit”ə oxşayır. Emblemində neft buruğu, adı isə aydın məsələdir...
- “Neftçi” əvvəl “Neftyanik” adlanıb. Ona görə adı da tarixidir. Axı Bakı həmişə neft şəhəri olub. Əsas sponsorumuz da neft çıxarma ilə məşğul olan SOCAR dövlət şirkətidir. Amma inanın ki, bu, “Zenit”də olan “Qazprom” kimi deyil.
- “Arsenal” ötən mövsüm 6-cı olub. “Neftçi” Rusiya Premyer Liqasında neçənci yeri tuta bilər?
- “Neftçi” və “Qarabağ”ın səviyyəsi Premyer Liqanın ikinci “səkkizliy”idir. Bəxtləri çox gətirsə, ilk “səkkizliy”in sonlarında qərarlaşarlar. Amma bizdə də yaxşı futbolçular var. Məsələn, qapıçı Səlahət Ağayev ötən mövsümü möhtəşəm keçirdi. İndi o, ölkənin ən yaxşı qolkiperidir. Hücumda yaxşı legionerlərimiz var. Yeni oyunçumuz Stiven Jozef-Monroz və indi zədəli olan ən yaxşı bombardirimiz Baqali Dabo. Hər ikisi Fransadandır.
- Baş məşqçi də italiyalıdır...
- Roberto Bordin. Oyunçu kimi “Napoli”də 100-dən çox matç keçirib. Bizə qədər “Şerif”i çalışdırıb və iki il öncə bu komanda Avropa Liqasının qrupunda Rusiyada “Lokomotiv”ə qarşı oynayıb. Ümumiyyətlə, italiyalılar müdafiə olunmağı sevirlər. Amma Bordin bizə hücum futbolu aşılayır. Əlbəttə ki, taktikanı da sevir. Yəqin ki, o, mənim hücum planında ən yaxşı məşqçimdir.
- “Neftçi”də artıq 12 qol vurmuşunuz. Bunadək karyeranızda 3 qol var idi. Bunun səbəbi nədir?
- Rusiyada dayaq yarımmüdafiəçisi kimi oynayırdım. “Spartak”da ümumiyyətlə mərkəz xəttini nadir hallarda keçirdim. Mənə çətin idi. “Neftçi”də də yeni məşqçi gələnədək dayaq yarımmüdafiəsinin dərin zonasında başladım. Bordin sxemi dəyişdi və məni hücuma yaxın çəkdi. Özümün də qol vurmaqdan xoşum gəlir.
- Bordin sizi kapitan da təyin edib. Hərçənd bir ildir komandadasınız...
- Bizdə kifayət qədər oyunçu dəyişikliyi oldu. Mənə hörmət bəsləyirdilər, hamı ilə münasibətim yaranmışdı. Buna görə də məşqçi məni kapitan təyin etdi.
- “Neftçi”nin oyunlarına nə qədər azarkeş gəlir?
- Təəssüf ki, Rusiyadakı kimi deyil. Stadionumuz 15 min tutuma malikdir. Azərbaycan çempionatının oyunlarına 3-4 min gəlir. Əminəm ki, “Arsenal”la Avropa Liqası matçında qat-qat çox olacaq (APA).
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu