"Benfika" "Yuventus"un qapıçısını geri qaytardı - zədəsinə görə

"Benfika" "Yuventus"un qapıçısını geri qaytardı -  zədəsinə görə
DÜNYA FUTBOLU 19 İyul 2019 / 12:38 2938
-  A +

“Yuventus”un qapıçısı Mattia Perinin “Benfika”ya keçidi baş tutmayıb.

Qol.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki,  26 yaşlı qolkiperin tibbi müayinə zamanı zədəli olduğu məlum olub. Çiynində zədə aşkarlanan qapıçı 4 ay meydana çıxa bilməyəcək. Bu səbəbdən "Benfika" Perini geri qaytarıb. Onunla zədəsi sağaldıqdan sonra müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, M.Perin 2018-ci ildən Turin klubunda çıxış edir.


Son xəbərlər