"Neftçi" yeni mövsümün hazırlıqlarına başladı - Şəkillər

"Neftçi" yeni mövsümün hazırlıqlarına başladı - Şəkillər
XƏBƏR 10 İyun 2019 / 22:00 3473
-  A +

"Neftçi” 2019/2020-ci illər mövsümünün hazırlığına başlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, düşərgədə olan futbolçular əvvəlcə tibbi baxışdan keçiblər. Axşam saatlarında isə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə fiziki testlər yerinə yetirilib.

Hazırlıq sabah iki məşqlə davam edəcək. İyunun 14-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşacaq komanda ayın 15-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq "ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Matçlar iyunun 20-si, 25-i və 30-da keçiriləcək. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər