Rakitiçdən "İnter" açıqlaması

Rakitiçdən "İnter" açıqlaması
DÜNYA FUTBOLU 22 May 2019 / 17:30 2875
-  A +

"Barselona"nın futbolçusu İvan Rakitiç "İnter"ə keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, "Football İtalia"ya açıqlamasında məlumatı təkzib edən xovatiyalı yarımmüdafiəçi Kataloniya klubunda xoşbəxt olduğunu deyib:

"Bilmirəm, mətbuat niyə adımı "inter"lə hallandırır. Digər klublara, eləcə də "İnter"ə böyük hörmətim var. Əla komandadır, ancaq mən hazırda olmaq istədiyim komandadayam. Əgər mənimlə maraqlanırlarsa, deməli, yaxşı futbolçuyam. Lakin "Barselona"da xoşbəxtəm. Ailəm də burada xoşbəxtdir. Heç vaxt "Barselona"dan getmək fikrim olmayıb".

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2014-cü ildə "Sevilya"dan "Barselona"ya keçib.






 

Daha çox


Son xəbərlər
24.06.19  20:30

"Milan"da ayrılıq