Valensiya "Mançester Yunayted"dən gedir - yayda

Valensiya "Mançester Yunayted"dən gedir - yayda
DÜNYA FUTBOLU 21 Aprel 2019 / 15:30 2144
-  A +

"Mançester Yunayted"in futbolçusu Antonio Valensiya bu mövsümün sonu İngiltərə klubunu tərk edəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi müqaviləsinin müddəti yayda başa çatacağı üçün Premyer Liqa təmsilçisindən ayrılacaq.

A.Valensiya özünü "İnstaqram" səhifəsində "Old Trafford" stadionun Aleks Fergüsson tribunasının şəklini paylaşaraq "Təşəkkür" yazıb.

Qeyd edək ki, A.Valensiya 2009-cu ildən "MY"da oynayır.


Son xəbərlər