"Real" və "Atletiko" qalib gəldi, "Sevilya" uduzdu

"Real"  və "Atletiko" qalib gəldi, "Sevilya" uduzdu
DÜNYA FUTBOLU 14 Yanvar 2019 / 01:50 4484
-  A +

İspaniya La Liqasında 19-cu turun daha 4 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Atletiko" öz meydanında "Levante"ni minimal hesabla üstələyib. "Sevilya" səfərdə "Atletik"ə 0:2 hesabı ilə uduzub.

Lider "Barselona" "Eybar"ın qapısından 3 cavabsız top keçirib. "Real" isə səfərdə "Betis"ə çətinliklə qalib gəlib - 1:2.

Tura bu gün keçiriləcək "Real Sosyedad" - "Espanyol" oyunu ilə yekun vurulacaq.


İspaniya La Liqası, 19-cu tur

13 dekabr

"Atletiko" - "Levante" - 1:0
Qol:
A. Qrizmann, 57-pen.

"Atletik" - "Sevilya" - 2:0
Qollar:
İ. Uilyams, 23 (1:0), 84 (2:0)

"Barselona" - "Eybar" - 3:0
Qollar:
L. Suares, 19 (1:0), L. Messi, 53 (2:0), L. Suares, 59 (3:0)

"Betis" - "Real" - 1:2
Qollar:
L. Modriç, 13 (0:1), S. Kanales, 67 (1:1), D. Sebalyos, 88 (1:2)

Qeyd edək ki, bu nəticələrdən sonra "Barselona" 43 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Atletiko"nun 38 xalı var. Eyni - 33 xala malik komandalardan "Sevilya" 3-cü, "Real" isə 4-cüdür.

Son xəbərlər