Yaya Ture "Olimpiakos"dan göndərildi

Yaya Ture "Olimpiakos"dan göndərildi
DÜNYA FUTBOLU 11 Dekabr 2018 / 20:41 2794
-  A +

Bu ilin sentyabrında “Olimpiakos”a keçən Yaya Turenin Yunanıstan karyerası cəmi 3 ay çəkib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun komandadan göndərilməsinin səbəbi haqda isə məlumat verilməyib.

Qeyd edək ki, mövsümün əvvəlində “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Olimpiakos”a keçən Ture 2005/2006 mövsümündə də Pirey təmsilçisində çıxış edib.

Son xəbərlər