A Seriyası nəhənglərinin Turin görüşü - "Topaz"

A Seriyası nəhənglərinin Turin görüşü -  "Topaz"
ETOPAZ 7 Dekabr 2018 / 11:55 1998
-  A +

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz"  həftəsonu proqramını açıqlayıb.

Cümə günü üçün olan proqramda 65 qarşılaşma yer alıb. Bu matçlardan 35-nə canlı, 8-nə isə həm canlı, həm də "təkli" oyun kimi mərc etmək olar. "Təkli" və canlı mərc edə biləcəyiniz oyunlar sırasında ilk növbədə "Yuventus"-"İnter" görüşünü qeyd etmək olar. A seriyasında bu mövsüm 14 turun yalnız birində heç-heçə oynayan "Yuventus" 0 məğlubiyyət və 40 xalla şəriksiz liderdir. "Yuve" ən yaxın izləyicisi "Napoli"ni 8 xal qabaqladığından lider kürsüsündə özünü rahat hiss edir. 3-cü sırada qərarlaşan "İnter" isə "Qoca Sinyora"dan 11 xal geri qalır. A seriyasında son 5 matçının hamısında "üst" oynayan "İnter" ötən bazar "Roma" səfərində xal itirib (2:2). "Neradzurra" Çempionlar Liqasında  pley-offa vəsiqəni hələ təmin etmədiyindən 5 gün sonra PSV ilə keçiriləcək son qrup matçını da nəzərə almalıdır. İtkilərə gəlincə, Turin təmsilçisində Barzaqlinin oynamayacağı dəqiqdir. Sami Hedira, Aleks Sandro və Emre Canın heyətdə olacağı isə sual altındadır. "İnter"də Raca Nainqqolan zədəsini sağaltsa da, meydana çıxacağı dəqiq bilinmir. Aralarındakı son 3 oyunda "Qoca Sinyora"nı məğlub edə bilməyən "neradzurra" görək,  Turində bunu bacaracaqmı? "Topaz"da İtaliya "nəhəngləri"nin duelinə bu əmsallarla mərc edə bilərsiz: "Yuventus"un qələbəsi 1.55, heç-heçə 3.60, "İnter"in qələbəsi 5.45.

"Topaz"da "təkli oyun" statusu verilən daha bir qarşılaşma Türkiyə superliqasının 15-ci turunun açılış matçı - "Alanyaspor"-"Beşiktaş" görüşüdür. Bu komanda "qara qartallar" üçün rahat rəqiblərdən sayılır. "Beşiktaş" indiyədək "Alanyaspor"la keçirdiyi 5 matçın hamısnı qazanıb və bu oyunların 4-ü "üst" bitib. Ötən həftə derbidə "Qalatasaray"ı məğlub edən "qartallar" lider "Başakşehir"lə 6 xallıq fərqin artmaması üçün qələbə qazanmağa məhkumdur. Əsas heyət oyunçularından  Rayan Babel, Caner Erkin, Pepe, Lens və Roco zədə səbəbindən heyətdə olmayacaq. Saat 21-də başlanacaq matça "Topaz"da canlı və "təkli" mərc etmək olar. Əmsallar: "Alanyaspor"un qələbəsi 3.45, heç-heçə 3.25. "Beşiktaş"ın qələbəsi 1.80.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.

Son xəbərlər