Avropanın top-liqalarından İngiltərə və Fransada bu dəfə turlar arası fasilə çox qısa çəkdi. 2 gün əvvəl - həftəsonu oynayan ingilis və fransız klubları bu gün-sabah daxili çempionatda növbəti matçlarına çıxacaq.
Premyer liqada bu gecə 4, Liqa-1-də isə 3 qarşılaşma var. İngiltərə çempionatının lideri "Mançester Siti" 15-ci turda səfərdə "Uotford"un qonağı olacaq. Son 4 turda qələbəyə həsrət qalan, hazırda 10-cu pillədə qərarlaşan "Uotford"un Pep Qvardiolanın "məğlubedilməz armadası"ndan xal qoparacağı real görünmür. "Mançester Siti"ni sonuncu dəfə 1989-cu ildə məğlub edən uotfordlular 30 ildir həmin uğuru təkrarlaya bilmir. "Siti"nin heyətində De Bryune, Aquero, Manqala, Mendi, Zinçenko kimi oyunçular zədə səbəbindən matçı buraxsalar da, bukmekerlər qarşılaşmanın aşkar favoriti kimi mançesterliləri göstərir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da "Uotford"-"Mançester Siti" görüşünə həm canlı, həm də "təkli" mərc qəbul olunur. "Uotford"un qələbəsi 7.45, heç-heçə 4.70, "Mançester Siti"nin qələbəsi isə 1.25 əmsalla dəyərləndirilir. Premyer liqada gecənin digər oyunlarından "Bornmut"-"Haddersfild" matçı da maraqlı mübarizə vəd edir. 9-cu sırada qərarlaşan "Bornmut" ardıcıl 4 oyundur meydanı qələbəsiz tərk edir. Bu komandanın keçirdiyi son 6 matçın hamısı "üst" bitib. Autsayderlər qrupunda - 17-ci yerdə mövqe tutan "Haddersfild"lə dueldə "qara-qırmızılar" 4 turluq qələbəsizlik seriyasına son verməyə çalışacaq. Autsayder axşam sürpriz edərsə, bu, "Haddersfild"in son 11 ildə "Bornmut"un meydanında ilk qələbəsi olacaq. "Topaz" bu matçı canlı mərcə çıxarmaqla yanaşı, həm də müştərilərinə "təkli" mərc fürsəti verir.
Əmsallar: "Bornmut"un qələbəsi 1.60, heç-heçə 3.35, "Haddersfild"in qələbəsi 4.50.
Fransa liqasındakı 3 oyundan ikisi prinsipial əhəmiyyət daşıyır. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Monako" turnir cədvəlində qonşusu "Amyen"in qonağı olacaq. 15 oyunda cəmi 10 xal yığan "Knyazlıq klubu" 19-cı yerdə, "Amyen" isə bir sıra yuxarıda qərarlaşıb. Əfsanəvi futbolçu Tyeri Anrinin baş məşqçi postuna gətirilməsi də hələki "Monako"ya kömək etmir. Komandanın əsas heyət oyunçularının yarısı zədəlidir. Bununla belə, "Monako" heç olmasa xalını özündən əvvəlki komandalarla bərabərləşdirmək üçün bu axşam qalib gəlməyə borcludur.
"Topaz"ın bu matç üçün təklif etdiyi əmsallar: "Amyen"in qələbəsi 2.65, heç-heçə 2.95, "Monako"nun qələbəsi 2.30.
Digər görüşdə isə liderlər qrupunun komandaları üz-üzə gələcək. "Stad de Mosson"da 2-ci sıradakı "Monpelye" 4-cü pillədəki "Lill" klubunu qəbul edəcək. "Lill" kubok oyunu da daxil olmaqla düz 5 matçdır qələbə qazana bilmir. Bu axşam bunu bacarsalar, 2-ci yeri "Monpelye"nin əlindən alacaqlar. Tərəflərin Monpelyedə keçirilən son 4 duelinin "üst" bitməsi də maraqlı statistik faktlardandır. "Topaz"da canlı və "təkli" mərc edə biləcəyiniz bu görüşün əmsalları belədir: "Monpelye"nin qələbəsi 2.15, heç-heçə 2.80, "Lill"in qələbəsi 3.
Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 74 oyun təklif edir. Onlardan 47-sinə canlı, 15-nə isə həm canlı, həm "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi
"Sabah"ın səfər qələbəsi - Video
"Bunu oturub, başbilənlər fikirləşməlidir" - Samir Abasov
Bəxtiyar Türkiyədə növbəti oyuna çıxdı
"Sabah" 2-ci pilləyə yüksəldi, "Qarabağ"dan qələbə
7 qol vuruldu, "Qalatasaray" qalib gəldi
"Turan Tovuz"un futbolçusunun burnu sınıb
"Qarabağ"ın qələbəsi - Video
İsgəndərli oynadı, "Boluspor" heç-heçə etdi
"Sumqayıt" - "Sabah": Heyətlər açıqlandı
Tovuzda stadion ağzınadək doldu - Video
AFFA-dan “İrəvan” klubu ilə bağlı qərar
"Mançester Siti"dən Edersona yeni müqavilə
U-17 millisi 4 qolla uduzdu