"Yuventus"un futbolçusu onu fitə basan azarkeşlər haqda: "Axmaqlar həmişə olacaq"

"Yuventus"un futbolçusu onu fitə basan azarkeşlər haqda: "Axmaqlar həmişə olacaq"
XƏBƏR 18 Noyabr 2018 / 14:28 2402
-  A +

UEFA Millətlər Liqasının qrup mərhələsinin Portuqaliya ilə oyununda fitə basılan İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi azarkeşlərin hərəkətinə münasibət bildirib.

Qol.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, futbolçu mövsümün əvvəlində “Yuventus”a keçdiyi üçün ona narazılıq edən fanatları axmaq adlandırıb:

“Axmaqlar həmişə olacaq. Komanda yoldaşlarım və baş məşqçimiz mənə güvənir. Yerdə qalan məsələlər məni maraqlandırmır”.

Qeyd edək ki, 2017-ci ilin yayında “Yuventus”u “Milan”a dəyişən Bonuççi 1 mövsüm sonra yenidən Turin klubuna qayıdıb. Məhz bu səbəbdən dünən “San Siro” stadionunda keçirilən matçda yerli azarkeşlər müdafiəçini fitə basıblar.

Daha çox


Son xəbərlər