"Artıq Azərbaycanla oyunu düşünməliyik" – federasiya prezidenti

"Artıq Azərbaycanla oyunu düşünməliyik" – federasiya prezidenti
DÜNYA FUTBOLU 18 Noyabr 2018 / 13:53 2809
-  A +

“Malta üzərində qalibiyyət uzun müddət bizim və bütün azarkeşlərin yaddaşında qalacaq. Çünki futbolçularımız Kosovo futbolunun yeni tarixində ən inamlı qələbəmizə imza atdılar”.

Qol.az-ın məlumatına görə, bu söləri Kosovo Futbol Federasiyasının prezidenti Agim Ademi qurumun rəsmi saytına açıqlamasında deyib. Yığmanın dünən UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Malta üzərində qazandıqları 5:0 hesablı səfər qələbəsini dəyərləndirən federasiya prezidenti 2 gün sonra millimizlə keçiriləcək oyunun önəmini də xatırladıb:

“Bu qələbə hər birimizin ümidlərini son tura daşımağa imkan verdi. Dünən uşaqlar meydanda əla oyun göstərdilər və nəticə bizi qürurlandırdı. Amma bu, hələ son deyil. Artıq noyabrın 20-də Azərbaycanla keçiricəyimiz oyunu düşünməliyik. İnanıram ki, futbolçularımız bu görüşə də eyni ciddiyət və məsuliyyətlə hazırlaşacaqlar. Azarkeşlərimizin də dəstəyi ilə ilk pillədəki yerimizi qoruyacağımıza ümid edirəm. Bu nəticə bizi C liqasına yüksəltməklə yanaşı, pley-offa çıxmağa da haqq qazandıracaq”.

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Son xəbərlər