“Qarabağ”a qayıdacağım yalandır” – Riçard Almeyda

“Qarabağ”a qayıdacağım yalandır” –  Riçard Almeyda
ÖLKƏ FUTBOLU 12 Noyabr 2018 / 14:40 4464
-  A +

Milli komandamız və “Astana”nın yarımmüdafiəçisi Riçard Almeyda “sports.kz” saytına geniş müsahibə verib.

Qol.az-ın məlumatına görə, bir neçə gün öncə “Qarabağ”a qayıdacağı ilə bağlı Braziliya mətbuatında yer alan fikirlərinə mübasibət bildirən futbolçu belə söz demədiyini söyləyib.

“Bunlar yalan məlumatlardır. İnanmayın. Braziliyadan olan jurnalistə müsahibə verdim. Dedim ki, nə vaxtsa “Qarabağ”a qayıtmağım mümkündür. Amma bunun yaxın gələcəkdə olacağını söyləməmişəm. Onlar mənim fikirlərimi təhrif ediblər”.

Almeyda “Astana”da qalmaq istədiyini açıqlayıb: “Klubla hələ 2 illik müqaviləm var. Sözləşmənin sonuna qədər burada oynamaq istəyirəm”.

Qeyd edək ki, Almeyda mövsümün əvvəlində “Qarabağ”ı “Astana”ya dəyişib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord