Futbolla zəngin qaynar həftəsonu arxada qalsa da, proqnozsevərlər üçün "nəfəsini dərməyə" vaxt yoxdur. Bir sıra ölkə çempionatlaırnda həyəcan bu gün də davam edir. Azərbaycanın yeganə qanuni mərc oyunlaır operatoru olan "Topaz" dünyanın futbol meydanlarında keçiriləcək qarşılaşmalardan 59-nu bu günkü oyun proqramına daxil edib. Diqqətçəkən odur ki, bu görüşərdən 30-na canlı, 14-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Bazar ertəsi - futbol matçlarının adətən az olduğu bir gündə "Topaz"ın 14 matça "təkli oyun" statusu verməsi müştəri maraqlarına hesablanıb.
Qazanmaq şansının yüksək olduğu "təkli oyunlar" sırasında İngiltərə, İspaniya, Portuqaliya, İsveç, Norveç, Türkiyə və Rusiya liqalarının görüşləri var. İspaniya La Liqasında 11-ci tura Barselonada yekun vurulacaq. Şəhərin ikinci böyük komandası "Espanyol" "Atletik Bilbao"nu qəbul edəcək. Bu dueldə İspaniyanın 2 böyük etnosunun nümayəndələri - katalonlarla basklar üz-üzə gələcək. 5-ci sırada qərarlaşan "Espanyol"dan fərqli 17-ci yerdə gedən Bilbao təmsilçisinin vəziyyəti yaxşı deyil. Maraqlı odur ki, cədvəldə tərəflər arasında 12 pilləlik "uçurum" olsa da, hər ikisi cəmi 2 dəfə məğlub olub. "Atletik"in 2 məğlubiyyətə rəğmən autsayderlər qrupunda qərarlaşmasının səbəbi isə bilbaoluların bu mövsümdə ən çox heç-heçə oynayan 2 komandadan biri olmasıdır (7 heç-heçə). Onlar avqustun 21-dən bu yana - düz 9 görüşdür qələbə qazana bilmir. "Atletik"in "Espanyol"la son 2 səfər oyunu "sülh"lə bitib (1:1, 0:0). Bu dəfə nəyin necə olacağını təxmin edənlər "Topaz"ın təkli etdiyi bu əmsallarla matça həm canlı, həm də "təkli" mərc edə bilər: "Espanyol"un qələbəsi 1.80, heç-heçə 3, "Atletik Bilbao"nun qələbəsi 3.75.
İngiltərə premyer liqasında isə 11-ci turun son matçında bu mövsümdə ən zəif oynayan 2 komanda - "Haddersfild"lə "Fulhem" qarşılaşacaq. 10 turda bir qələbəsi belə olmayan "Haddersfild"in cəmi 3 heç-heçəsi var. "Fulhem" isə ondan 2 xal çox toplayıb. "Haddersfild" cari mövsümdə premyer liqada ən az qol vuran (4 qol), "Fulhem" isə ən çox top buraxan (28 qol) komandadır. Bu dueldə qalib gələn tərəf turnir cədvəlində azı 2-3 pillə yüksəlmək imkanı qazanacaq. Amma statistika "zavallı" "Haddersfild"ə heç bir şans tanımır. Çünki indiyədək öz aralarında keçirilən 10 qarşılaşmanın heç birində "Fulhem" uduzmayıb. (7 qələbə, 3 heç-heçə). Bu matçların hamısı aşağı liqada - çempionşipdə baş tutub. Premyer liqa çərçivəsində isə tərəflərin ilk görüşü olacaq. Gecə saat 12-də başlanacaq bu "təkli" oyuna "Topaz"ın təklif etdiyi əmsallar: "Haddersfild"in qələbəsi 2.25, heç-heçə 3.15, "Fulhem"in qələbəsi 3.00.
Rusiya premyer liqasında da bu gün "qonşular"ın duelləri var. Günün ilk matçında - saat 15-də başlanacaq görüşdə 9-cu sırada qərarlaşan "Orenburq" 2 addım özündən irəlidəki "Rubin"i qəbul edəcək. Son 4 sırada yer alan komandalar da bu gün bir-birləri ilə qarşılaşacaq: "Ufa"-"Krılya Sovetov" (kod 1154, saat 17:30) və "Anji"-"Yenisey" (kod 1159, saat 20:00). Bu və digər matçlara "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu