"Arsenal" “Çelsi”nin futbolçusunu istəyir

"Arsenal" “Çelsi”nin futbolçusunu istəyir
DÜNYA FUTBOLU 18 Oktyabr 2018 / 20:05 2655
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Arsenal” heyətinə yeni futbolçu cəlb etmək istəyir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu “Çelsi”nin futbolçusu Ruben Loftus-Çiki transfer etmək niyyətindədir.

“Çelsi”də meydana nadir hallarda çıxan Loftus-Çikin bu keçidə müsbət yanaşdığı bildirilir.  “Çelsi” isə 22 yaşlı futbolçusunu satmaq deyil, icarəyə vermək istəyir.

Qeyd edək ki, ingilis futbolçu son mövsümü icarə əsasında “Kristal Palas”da keçirib.

Son xəbərlər