"Qol vurduğum üçün sevinirəm" – Fəhmin Muradbəyli

"Qol vurduğum üçün sevinirəm" –<b style="color:red"> Fəhmin Muradbəyli</b>
XƏBƏR 17 Oktyabr 2018 / 01:29 1779
-  A +

"Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı".

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fəhmin Muradbəyli deyib. Avropa çempionatının seçmə mərhələsində Norveçlə heç-heçə etdikləri oyunu (1:1) dəyərləndirən gənc hücumçu vurduğu qoldan danışıb:

"Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibini əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik".

Qeyd edək ki, millimizin qolunun müəllifi olan Fəhmin 9-cu dəqiqədə penaltidən fərqlənib.
 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki