“Qalatasaray”ın hədəfindəki qanalı

“Qalatasaray”ın hədəfindəki qanalı
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 01:46 4020
-  A +

“Qalatasaray”ın növbəti transfer hədəfi bəlli olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Srvena Zvezda”nın üzvü Riçmond Boakyeni heyətinə qatmaq istəyir.

Həftəsonu “Qalatasaray”ın nümayəndələri qanalı futbolçunun çıxışını “Partizan”la oyunda (1:1) stadiondan canlı izləyiblər.

Həmin matçda komandasının yeganə qolunu vuran Boakyenin “Srvena Zvezda”la ilə müqaviləsi 2020-ci ilə kimidir.

Afrikalı futbolçu ilə “Qalatasaray”la yanaşı, “Borussiya” (Dortmund), “Cenoa”, SPAL, “Peskara”, “Fiorentina”, “Vilyareal”, “Valyadolid”, “Hetafe”, “Las Palmas” və “Lill” maraqlanır.


Son xəbərlər