Emin Mahmudov "Zirə" ilə oyunu da buraxa bilər

Emin Mahmudov "Zirə" ilə oyunu da buraxa bilər
XƏBƏR 17 Sentyabr 2018 / 18:15 1629
-  A +

Millimizin düşərgəsindən "Neftçi"yə zədəli qayıdan futbolçu Emin Mahmudovun durumuna aydınlıq gəlib.
 
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçinin sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə aşkarlanıb. Bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə”yə qarşı oynayıb-oynamayacağı sual altındadır.

Qeyd edək ki, E. Mahmudov zədə səbəbdən dünən "Keşlə” ilə oyunu buraxıb.

Daha çox


Son xəbərlər