“Neftçi” yeni mövsümə Avstriyada hazırlaşacaq

XƏBƏR 25 May 2010 / 18:02 1691
-  A +

"Neftçi"nin Unibank Premyer Liqasının 2010/11 mövsümü üçün hazırlıq planı müəyyənləşib. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, flaqmanın üzvləri yeni çempionata 3 mərhələdə hazırlaşacaq. Hazırda istirahətdə olan "ağ-qaralılar" iyunun 21-də məşqlərə başlayacaqlar. Bakıda keçiriləcək ilk mərhələ iyunun 26-da yekunlaşacaq. İkinci mərhələ 28 iyun - 10 iyul aralığında Avstriyada keçiriləcək. Futbolçular baş məşqçi Arif Əsədovun rəhbərliyi altında müxtəlif təmrinləri yerinə yetirməklə yanaşı, bir neçə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Nəhayət, hazırlığın sonuncu, üçüncü mərhələsi iyulun 15-dən 24-dək Avropa ölkələrinin birində olacaq. Həmin ərəfədə bir neçə yoxlama matçları da keçiriləcək.

 

Daha çox


Son xəbərlər