Kavani qayıdır

Kavani qayıdır
XƏBƏR 15 Avqust 2018 / 12:50 3001
-  A +

PSJ-nin futbolçusu Edinson Kavani yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu gözləniləndən də tez zədəsini sağaltmaq üzrədir. Onun Fransa Liqasının ikinci turunda "Qenqam"la oyuna kimi hazır olacağı gözlənilir. E.Kavaninin adının bu görüşün iştirak ərizəsində ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Qenqam" - PSJ görüşü avqustun 18-i keçiriləcək.

Xatırladaq ki, Kavani DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçda (2:1) zədələnib.

Daha çox


Son xəbərlər