Vernidub atasının komandasının düşərgəsində

Vernidub atasının komandasının düşərgəsində
XƏBƏR 19 İyun 2018 / 10:19 3331
-  A +

"Qəbələ"nin yolları ayırdığı Vitali Vernidub "Zarya"da oynaya bilər.

Qol.az-ın  Ukrayna klubunun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı müdafiəçi Luqansk təmsilçisinin düşərgəsindədir. O, hələlik komanda ilə ümumi məşqlərdə iştirak edir. Bundan sonra onunla bağlı qərar veriləcək.

Qeyd edək ki, "Qəbələ" mayda V.Vernidubla yolları ayırıb. O, “Qəbələ”yə 2015-ci ildə məhz “Zarya”dan keçmişdi.

Xatırladaq ki, "Zarya"nın baş məşqçisi V. Vernidubun atası Yuri Vernidubdur.

 

Daha çox


Son xəbərlər